İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanda qadınlara avtomobil istifadə etmə qadağanın götürülməsinin ardından qadın sürücülərdən ilk qəza xəbəri gəldi.
Ölkədə dərc olunan qəzetlərində yer alan xəbərə görə, keçən bazar ertəsi günü Ciddədə adı açıqlanmayan Səudiyyəli qadın, Məkkə ilə Ciddə arasında vasitə istifadə edərkən qəza törədib.
Yol polisi mənbələrinə əsaslandırılan xəbərə görə, qadın sürücülük vəsiqəsi almaq məqsədi ilə qeyri-qanuni olaraq dövriyyəyə çıxıb və yanında rəfigəsi olub. Maşının bir yerə çırpması ilə sükanda olan qadın ağır yaralanıb, avtomobildəki digər şəxs isə həyatını itirib.
Qadın sürücün vəkili Yaqub Al-Mutair etdiyi açıqlamada, ölkədə hələ qadınların avtomobil istifadə etməsinə qarşı qanunun həyata keçmədiyini, qanunun iyun 2018-ci ildə həyata keçəcəyinə işarə edərək, müvəkkilinin qanunları pozduğunu deyib.
İnterpress.az