Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıbbackend

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kadzuo İsiquro layiq görülüb.

Yazıçı 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb. K. İsiquro 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb. 1981-ci ildən yaradıcılıqla məşğuldur. O, “Məni getməyə qoyma”, “Uşaqlığımı axtaranda”, “Uzaq təpələr” və s. romanları ilə məşhurdur.

“Məni getməyə qoyma” romanı əsasında film də çəkilib.

1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb. Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır. (apa)

İnterpress.az