İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya kralı VI Filip referendumu tanımadığını açıqlayıb. Daha sonra Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon yekun bəyənat verərək bildirib ki, yaxın günlərdə müstəqillik elan edə bilərlər. Ancaq bunun üçün dəqiq vaxt bildirməyib.
Gərginliyin davam etdiyi zamanda, İspaniya Kataloniya ilə sərhəddə yerləşən La Pandella ərazisinə əsgər göndərib. Hərbi dəstədəki 20 yük maşınında da əsgər, silah və hərbi ləvazimatlar aparılıb.
İspaniya ordusunun bölgəyə birbaşa müdaxilə edə biləcəyi iddia edilərkən Katalonlar sosial mediadan vəziyyətə sərt reaksiya göstərərək bunun bir işğal cəhdi olduğunu bildirir.
İnterpress.az