Rusiyada erməni diasporalarının lideri öldürüldübackend

Rusiyada erməni diasporalarının lideri öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə yerli mətbuatı məlumat yayıb. Verilən informasiyalara görə, Rusiya vatı ilə saat 15:30-da Voronejdə fəaliyyət göstərən erməni diaspor təşkilatının rəhbəri güllələnib. Naməlum şəxs təşkilatın sədri Arsen Papazyana odlu silahdan bir neçə dəfə atəş açıb. A. Papazyan xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A. Papazyan həm Ermənistanda, həm də Rusiyada çox məşhur iş adamlarından olub. O, həm də Rusiyada erməni diasporalarına dəstək verən şəxslərdən biri sayılır. Onun adı Ukraynada tikinti sahəsində də çox məşhurdu. Ukraydana elan olunan tenderdə A. Papazyan fərqlənərək, bu sahəni demək olar ki, əlinə keçirtmişdi. 2006-cı ildə iş adamı Rusiyada “erməni diasporalarının lideri” adını qazanmışdı.

İnterpress.az