“Bütün yollar bağlanacaq. Hava əlaqəsi artıq dayandırılıb, hava məkanı və quru sərhədlər də tezliklə bağlanacaq. Kimsə bundan sonra həmin bölgəyə gedə, yaxud gələ biləcəkmi?”, – bunu Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə sıx ticarət və siyasi əlaqələr qurmuş kürd muxtariyyətinin rəhbərliyi, referendumun keçirilməsinə dair qərar verməklə, hörmətsizlik nümayiş etdirib: “Biz tələb edirik ki, kürd muxtariyyətinin rəhbərliyi səhvlərindən nəticə çıxarsın və onların həlli üçün addımlar atsın.
İnterpress.az