İbadi: Qarşıdurma istəmirikbackend

İbadi: Qarşıdurma istəmirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraqın Baş Naziri Heydər İbadi, İKBY rəhbərliyində aparılan müstəqillik referendumunun ardından ilk xarici səfərini Fransaya edib. Fransa Prezidenti Emmanuel Macron və İraq Naziri Heydər İbadiylə, Parisdə birgə mətbuat iclası keçirilib. İbadi Fransanı vasitəçilik etməyə dəvət edərək, \”İraqın Fransaya olan əlaqəsi, bölgədə etibar və sabitliyin təmin olunmasına yardımçı ola\” bilər – dedi.
Şimali İraqla qarşıdurma istəmədiyinə toxunan İbadi,\” Silahlı qarşıdurma istəmirik. Hər hansı bir qarşıdurma və düşmənçilik istəmirik. Peşmergeyə müraciət edən İbadi \”Peşmergə qüvvələrinə müraciət edirəm. Bizimlə birlikdə çalışın. DEAŞTAN geri alınan yerlərin təhlükəsizliyi üçün federal qüvvələrlə əməkdaşlıq edin\” dedi.
İbadi, referendumun qeyri-qanuni olduğunu bildirərək, \”İraq Federal Ali Məhkəməsi, referendumun konstitusiyaya zidd və doğru olmadığının qərarını verdi. İraq bütövlüklə İraqlılarındır. Konstitusiya da bütün vətəndaşlarının hüquqlarını təmin edir\” dedi.

İnterpress.az