Maduro: Trumpdan Simon Bolivarı soruşsanız bir rok müğənnisi olduğunu deyərbackend

Maduro: Trumpdan Simon Bolivarı soruşsanız bir rok müğənnisi olduğunu deyər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Moskvada keçirilən Rus Enerji Həftəsi çərçivəsində Maduro, \”Trump əlindəki notlarda nə yazırsa onu deyir. Trump, heç Venesuelanın harada olduğunu bilmir\” dedi.

Maduro, Trumpın, Mariya qasırğasından bir xeyli əziyyət çəkən xalqa yalnız 16 nəfərin ölməsi səbəbiylə qürur duymaları lazım olduğunu dediyi Puerto Ricoya etdiyi səfərə istinad edib \”Puerto Riconun da yerini bilmir. Oraya yalnız bir faciənin ortasındakı insanları alçaltmaq üçün getdi\” ifadələrini istifadə etdi.

Maduro həmçinin, Cənubi Amerika müstəqillik mübarizəsinin simvol adını daşıyan Simon Bolivarı da xatırlayıb dedi: \”Trumpa Simon Bolivardan bəhs etsəniz onun bir rok müğənnisi olduğunu düşünər. Bolivarın kim olduğunu bilməz. Barak Obama fərqli idi. Obama gülümsəyərkən sanksiyalarını tətbiq edirdi , Trump isə kobud birisi. Mənə mənim işimi bitirəcəyini deyir. Amma Venesuela indiki ABŞ lideri dövründə də irəliyə doğru gedəcək. Ölkəmizin öz taleyi var, bu tale üçün döyüşəcəyik\” deyə əlavə etdi.

Maduronun Moskva səfəri, yeni bir konstitusiya yazılması üçün yeni qanunvericilik orqanının seçki ilə əlaqədar Venesuelada kütləvi etirazların baş verdiyi bir dövrə təsadüf edir. Belə ki, müxaliflər bu addımı hökumətin gücünü artırma cəhdi kimi görərək qarşı çıxır.

Trump ölkədəki etirazların səbəbilə Maduronu sosialist bir diktator olmaqda ittiham etmişdi.

İnterpress.az