Bəzən kütləvi informasiya vasitələrində dilin norma və prinsipləri pozulurbackend

Bəzən kütləvi informasiya vasitələrində dilin norma və prinsipləri pozulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan müstəqil olduqdan sonra ana dili ilə bağlı mühüm addımlar atılıb: “Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilib. Müasir dövrdə texnologiyanın insanlar tərəfindən mənsənilməsi dövlət dilini təkmilləşdirməklə yanaş,ı mənfiliklər də gətirib. Təəssüflər olsun ki, bəzən kütləvi informasiya vasitələrində dilin norma və prinsipləri pozulur. Filmlərin dublyajında da nöqsanlar olur, küçə reklamlarında da bu cür hallar mövcuddur. Küçə və meydanlarda reklamlarda adi qrammatik qaydalara riayət olunmur. Milli Televiziya və Radio Şurasının televiziyalarda dilin qorunması ilə bağlı səlahiyyətləri mövcuddur”.

İnterpress.az