Vatikanda uşaqlara cinsi istismar ittihamıbackend

Vatikanda uşaqlara cinsi istismar ittihamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Melburn Sülh Cəza Məhkəməsində keçiriln ikinci iclasda Kardinal Corc Pell (76) yenə söz almayanda, vəkili Robert Ritcher ittihamları rədd etdi.
İclasda, vəkil Ritcherin 5 şahidin çarpaz sorğu-sual olunması tələbi rədd edilərkən, təxminən 50 nəfərdən ibarət olan digər şahidlərin dinlənilməsi tələbi qəbul edildi.
İddiaların doğru olmadığını isbat etmək istədiklərini bildirən vəkil Ritcher, \”İttihamların imkansız olduğunu göstərmək istəyirik\” ki, ifadələrini istifadə etdi.
Təxminən 20 dəqiqə davam edən iclasda məhkəmə heyəti növbəti məhkəmə iclasının Mart 2018-də keçirilməsini qərarlaşdırıb.
Növbəti iclasda hakim, şahidlərə qulaq asaraq məhkəmədə mühakimə olunma mərhələsi üçün kifayət qədər dəlil olub olmadığına qərar verəcək.
Haqqında \”çox sayda şikayətçi\” olduğu bildirilən Kardinal Pelle yönəldilən ittihamların detalları haqqında hər hansı bir məlumat verilmədi.
Pell, 1970- ci illərdə Avstraliyanın Ballarat şəhərində bir neçə uşağa cinsi təcavüzdə olduğu ittihamı ilə Viktoriya Əyalət Polisi tərəfindən məhkəməyə çağırmışdı.
İyul ayında haqqındakı ittihamlardan mühakimə olunmaq üzrə Melburn Sülh Cəza Məhkəməsinə çıxan Pell, 6 dəqiqə davam edən iclasda söz almamış və məhkəmə iclası təxirə salmışdı.

İnterpress.az