İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin Xarici İşlər Nazirliyi Sözçüsü Heather Nauert, Sudana qarşı iqtisadi sanksiyaların götürülməsini yazılı bəyanatla bildirib. Nauert, iqtisadi sanksiyaların qaldırılma səbəbilə bağlı, \”Sudan, toqquşmaların baş verdiyi bölgələrdə müsbət addımlar atdı və bu ərazilərə humanitar yardımların çatmasını təmin etdi. Regional problemlərin həlli və terror təhlükəsinə qarşı ABŞ ilə yaxın əlaqə içində oldu\”. İfadələrini istifadə etdi.
Bu qərarın 16 ay müddətin diplomatik danışıqlar nəticəsində qəbul olunduğunu bildirən Nauert, bəyanatda bunları qeyd edib:
Sudan hökuməti, son 9 ay ərzində ABŞ ilə əməkdaşlıq məsələsində ciddiliyini göstərmişdir. Sudandakı münaqişələrin dayandırılması və humanitar yardımların nəqliyyatı üçün ciddi addımlar atmışdır və regional sabitliyə əhəmiyyət vermişdir, lakin Sudanda tam sülhün təmin olunması naminə çox daha çox səylərin göstərilməsi lazımdır.
Bəyanatda həmçinin, Sudanın, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı müəyyən etdiyi addımlara uyğunlaşması lazım olduğu bildirildi.
İnterpress.az