İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Tehran Universitetində çıxış edən İran Prezidenti Həsən Ruhani, ABŞ Prezidenti Donald Trumpın İran ilə nüvə müqaviləsini pozacağına dair açıqlamalarına reaksiya göstərdi. Ruhani, \”Nüvə müzakirələrdə və gəldiyimiz müqavilədə geri dönülməz mənfəətlər əldə etmişik. Dünyaya 10 Trump gəlsə də bunları əlimizdən ala bilməz\” dedi.
İran ilə P5+1 ölkələri (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniya) tərəfindən 2015-də imzalanan nüvə müqaviləsi, seçki kampaniyası dövründən bəri Trumpın ən çox etiraz etdiyi məsələlərdən biri kimi diqqəti çəkir. Müqavilə İranın nüvə proqramına məhdudiyyətlər yetirərkən, əvəzində İrana tətbiq olunan embarqo yüngülləşdirilmiş və Tehran rəhbərliyinə neft ticarəti üçün qapısını açmışdı.
Trump vəzifəyə gələndən sonra da bir çox çıxışında İranla nüvə sazişi \”ABŞ tarixində keçirilmiş ən pis müqavilələrdən biri\” kimi səciyyələndirmişdi.
ABŞ mediasında keçdiyimiz günlərdə yer alan xəbərlərdə, Trumpın İran ilə imzalanan nüvə sazişi ləğv edəcəyi xəbərləri yer almışdı. ABŞ mediasına görə, Donald Trump, önümüzdəki cümə günü bəyanat verərək, ABŞ-ın nüvə müqavilədən çəkiləcəyini açıqlayacaq.
İnterpress.az