İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, rəsmi səfər üçün Türkiyəyə gələn Venesuela Prezidenti Nikola Maduroyu rəsmi mərasimlə qarşıladı.
Prezident Ərdoğan və Venesuela Dövlət Başçısı Maduronun mərasim sahəsindəki yerlərini almasından sonra iki ölkənin dövlət himnləri səslənib. Maduro, Qvardiya Alayı Mərasim Qitəsini Türkcə salam əsgər deyərək salamladıqdan sonra iki ölkənin nümayəndə heyətləri təqdim edilib.
Tarixdə qurulan 16 Türk dövlətini təmsil edən bayraqlar və hərbçilərin də iştirak etdiyi mərasimin sonunda Prezident Ərdoğan və Maduro, iki ölkənin bayraqları qarşısında jurnalistlərə foto üçün poza verib. Rəsmi qarşılanma mərasimindən sonra təkbətək və heyətlər arası görüşlər keçirilib.
İnterpress.az