Meksikada qaçırılan jurnalistin cansız bədəni tapıldıbackend

Meksikada qaçırılan jurnalistin cansız bədəni tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, San Luis Potosi əyaləti Prokurorluq Ofisinin Sözçüsü Ivan Ojeda, yerli xəbər saytı üçün çalışan fotoqraf Edqar Daniel Esqueda Castronun cansız bədəninin əyalətdəki San Luis Potosi Hava Limanı yaxınlığında tapıldığını açıqlayıb.

Ojeda Prokurorluq Ofisinin, silahlı şəxslər tərəfindən bir gün əvvəl qaçırılan Esqueda Castronun öldürülməsi ilə bağlı istintaq açdığını bildirib.

Prokurorluq Ofisi Esqueda Castroyu qaçıran şəxslərin polis geyiminə bənzər paltarlar geyindiyi iddiaları ilə bağlı jurnalisti evindən alanların özlərinə bağlı vəzifəlilərin olmadığını bildirib.

Esqueda Castro Meksikada bu il cinayətə qurban gedən 9-cu jurnalist oldu.

Meksika, jurnalistlər üçün dünyanın ən təhlükəli ölkələrindən biri sayılır. Jurnalistləri müdafiə Komitəsinə görə, ölkədə 1992-dən bu yana ən azı 40 jurnalist həyatını itirib.

İnterpress.az