İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərdə qaçqın əhalinin sıx olduğu Chiavazza məhəlləsində yerləşən məktəbdəki din təhsili dərsi müəllimi, fərqli mədəniyyətlər arasında dialoq və hörmətin təşviq edilməsi məqsədilə belə bir qərar alıb.
11 sinifdə 250 şagirdə dərs verən din müəllimi Stefania Laveder bu qərarını İtalyan mətbuatına belə açıqladı:
Bütün uşaqlar bir-birlərini tanımağı və bir arada yaşamağı öyrənməlidir. Bu məktəbdə hər sinifdə 3-4 xarici tələbə var. Hər kəsin öz mədəniyyətinin olması və buna sahib çıxması gözəl bir şey. Amma eyni zamanda başqalarının mədəniyyətini də tanımalıdırlar\”.
20 ildir ki, müəllimlik edən Laveder, \”Məqsədim hər kəsə yer açaraq tələbələrin bir görüşmə nöqtəsi tutmalarına kömək etmək\” – dedi.
Laveder dərslərdən birində tələbələrini \”Tək Allahlı dinlər turuna\” çıxararaq, həmin gün içində bir kilsə, məscid və sinaqoqa aparmış.
Laveder, tələbələrinin digər inanclarda adət və ənənələrə çox maraqlı olduğunu deyir. Məsələn, Katolik inancında xaç ənənənin İslamda olmadığını, ancaq yeni doğulan körpələrin qulağına Qurandan sözlər fısıldandığını öyrənəndə təsirləndiklərini ifadə edir.
Sinifdə, həm İncildən, həm də Qurandan dualar oxuduqlarını bildirən Lavender, beləliklə müqayisə edərək paralellikləri də görmə şansı əldə etdiklərini vurğulayır.
Bielladaki bu din dərsi təhsili İtalyan mətbuatında \”Biellada din dərsi hər kəs üçün\” kimi başlıqlarla yer alıb.
Ancaq xəbərə sosial mediada mənfi reaksiyalar da gəlib. Bəziləri bir azlıq dininə məktəblərdə yer verilməsinə qarşı çıxaraq \”O zaman Abu Dabidə də məktəblərdə İncil öyrədilsin\” kimi mesajlarla reaksiya göstərərkən, bəziləri də məktəblərdə heç bir dinin öyrətməmək lazım olduğunu müdafiə etdi.
Qeyd olunub ki, İtaliyada ibtidai siniflərdə həftədə 2 saat din dərsi təhsili verilir.
İnterpress.az