Gizli səsvermənin ilk turu bu gün keçiriləcək. Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var.
Namizədlərdən heç biri İŞ-nin tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam edəcək.
Qalibin oktyabrın 13-dən gec olmayaraq açıqlanacağı gözlənilir.
İŞ tərəfindən təyin olunan namizədin təsdiq edilməsi noyabrın 10-da keçiriləcək. Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacağı gözlənilir. O, iki dördillik müddətdə YUNESKO-ya rəhbərlik etmiş bolqarıstanlı İrina Bokovanı əvəzləyəcək. ( report.az )
İnterpress.az