Direktor 14 yaşlı məktəblinin bıçaqlanmasından danışdıbackend

Direktor 14 yaşlı məktəblinin bıçaqlanmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəbin direktoru Rüxsarə Atayeva AzNews.az-a açıqlamasında rəhbərlik etdiyi təhsil müəssisəsində belə bir hadisənin baş vermədiyini deyib:

“Hadisə küçədə baş verib. Məktəblər bir-birinə bitişikdir. Həsənov Mehman bizim məktəbdə təhsil almır. Hadisədən məlumatlı olsaq da, nəyin üstündə baş verdiyini dəqiqləşdirməmişik”.

Qeyd edək ki, Göygöldə bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İnterpress.az