İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatının Lubbock şəhərində polis məmuru uğradığı silahlı hücum nəticəsində həyatını itirib.
Texas Texniki Universitetindən bildiriblər ki, otağında narkotik tapıldıqdan sonra polis mərkəzinə gətirilən tələbə silahla atəş açaraq polislərdən birini vurub.
Açıqlamada, hücumda polis məmurunun həyatını itirdiyi, hadisə yerindən qaçan Hollis Daniels adlı tələbənin isə nəzarətə alındığı bildirilib.
İnterpress.az