17 yaşlı qız özünü qayadan ataraq intihar edib – TƏFƏRRÜATbackend

17 yaşlı qız özünü qayadan ataraq intihar edib – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc qızın intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Gədəzeyxur kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 17 yaşlı Nuranə Atluxanovanın intiharında bir başa atalığı günahlandırılır. Onlar iddia edir ki, Nuranə atasının dediyi şəxslə ailə qurmamaq üçün sevdiyi oğlanla birgə evdən qaçıb. \”Atası bundan xəbər tutan kimi onların ardınca düşüb. Onun məqsədi qızı evə qaytarmaq, özünün dediyi şəxslə evləndirmək olub. Nuranə görəndə ki, atalığı onlara çatıb, ələ keçməmək üçün çıxış yolunu intiharda görüb. O, özünü qayadan atıb. Atalığı qızın intiharında təqsirli bilinməmək üçün kənddə şayiələr yayıb. Guya qızı qaçırıblar və həmin adamlar onu qayadan atıb”.

Qeyd edək ki, Qusarda intihar faktı qeydə alınıb. 2000-ci il təvəllüdlü Atluxanova Nuranə Mahir qızı özünü qayadan ataraq intihar edib.

***

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Atluxanova Nuranə Mahir qızı özünü qayadan ataraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az