Rusiyadan ABŞ diplomatları üçün yeni həmləbackend

Rusiyadan ABŞ diplomatları üçün yeni həmlə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ABŞ-ın Rusiyadakı ABŞ səfirliyində və konsulluq vəzifələrində çalışan diplomatik və texniki personal sayının 300 və ya daha aşağı endirilməsini tələb edə biləcəklərini söylədi.

Rusiya, Moskvadakı ABŞ səfirliyində və konsulluq vəzifələrində çalışan diplomatik və texniki personal sayının 1 sentyabra qədər 455-ə qədər azaldılmasını tələb etmişdi.

ABŞ Xarici İşlər Naziri Reks Tillerson, ABŞ-ın Ukrayna məsələsində Rusiya ilə dərin fikir ayrılığı içində olduğunu, ancaq hər şeyi bir anda dayanıb atmağın da yaxşı bir fikir olmadığını dilə gətirərək, \”ABŞ və Rusiyanın hələ də mübahisə edəcək mühüm milli təhlükəsizlik məsələləri var\”-ifadələrini istifadə etmiş, Rusiyanın ölkədəki Amerika diplomat sayını 755 nəfər azaltmaq qərarına 1 sentyabrda qarşılıq verəcəklərini söyləmişdi.

İnterpress.az