Tərkib:
1 kg üzüm
1 kg şəkər
0,5 stəkan su
Hazırlanması:
Üzümü saplaqlardan təmizləyib yuyun və qazanın və ya teştin içinə yığın, üstünə şəkər əlavə edib, 8-9 saat saxlayın.
Gilələrin üstünə su töküb odun üstündə 5 dəq. qaynadın. Odun üstündən qaldırıb soyudun. Bu proseduru 3 dəfə təkrar edin. Qaynadıb, soyudub və s.
Bişmiş gilələr kəhrəbaya oxşayırlar, şirəsi isə bal kimidir. Gilələr nə çox bərk, nə də çox yumşaq olmalıdılar.
İnterpress.az