İnterpress.az \”Report\”-a istinadən xəbər verir ki, Şamaxı-Bakı yolu ilə hərəkət edən “99-GC-706” dövlət qeydiyyat nişanlı \”Nissan\” markalı avtomobili idarə edən Məmmədov Ağaəsgər Ağaibrahim oğlu piyada zolağı ilə hərəkət edən təxminən 20-25 yaşlı qızı vurub. Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər vəziyyəti ağır olduğu üçün onu xəstəxananın Reanimasiya şöbəsinə köçürüblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib.
İnterpress.az