İnterpress.az xəbər verir ki, aksiya iştirakçıları övladlarının yüksək rütbəli zabitlər tərəfindən qətlə yetirildiyini və bütün bu cinayətlərin açılmadığını deyirlər.
İrina Kazaryan deyir ki, bir neçə ay öncə Viqen Sarkisyanla görüşləri olub: \”Lakin o, bizə kömək etmir. Mənim oğlum yeddi il əvvəl hərbi xidmətdə olarkən qətlə yetirildi, bu qətlin üstü hələ də açılmayıb. Oğlumun xəstəlikdən öldüyünü deyirlər. Əgər oğlumun beynində şiş vardısa, niyə əsgər aparırdılar, niyə orduda kəşfiyyata götürmüşdülər?! Məhkəmə bu iddia haqda heç bir həkimin ifadəsini almadı və işi bağladı. Viqen Sarkisyan dedi ki, bu işi araşdırmağa səlahiyyəti çatmır. Əgər belə səlahiyyyətin yoxdursa, onda niyə müdafiə nazirisən? İnsanlardan hər ay orduya vermək adı ilə 1000 dram alırlar, amma kömək etməyə gələndə qaçırlar. Mən Viqen Sarkisyana dedim: \”Sən hərbi xidmətdə olmamısan, bilmirsən, ordu nə deməkdir, xidmət nədir\”. Onda mənim üzərimə yeridi və ondan üzr istəməyimi tələb etdi. İndi nə etməliyik, qətlə yetirilmiş əsgərin anası nazirdən üzr istəməlidir?\”.
İnterpress.az