İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, hadisədən sonra bədənində yaralar əmələ gələn uşağın ailəsini məlumatlandırması iyrənc istismarın ortaya çıxmasına səbəb oldu.
Quran kursu müəllimi tərəfindən cinsi istismara məruz qalan uşağa \”xəbər versən səni və ailəni öldürərəm\” deyə təhdid etdiyi qeyd olunub.
Adının açıqlanmasını istəməyən uşağın anası isə verdiyi açıqlamada, Quran müəlliminin uşağa \”sənin üçün tualetdə keks və meyvə suyu saxladım\” deyərək onu tualetə apararaq orada soyunmağa zorladığı, buna reaksiya göstərən və yüksək səslə bağıran uşağın ağzını bağlayan müəlimin cinsi istismarda olduğunu irəli sürdü. Hadisədən sonra ilk yardım briqadalarını və polisi axtaran ailə, uşağı həkimə apararaq nəzarət etdirir. Həkim rəyi ilə uşağın cinsi istismara məruz qaldığı və təcavüz şübhəsi açıq şəkildə sübut olunub.
Berlin polisi və Prokurorluq tərəfindən Quran kursu müəllimi haqqında istintaq və təcavüz şübhəli cinayət işi açıldığı qeyd edilib.
Mövzunun mütəxəssisi və psixiatr müsəlman həkim Mimoun Əzizin verdiyi açıqlamada, məscidlərdə cinsi istismarın başlı – başına bir tabu məsələsi olduğunu bildirərək, buna qarşı ailələrin daha həssas yanaşmalarını ifadə edib.
İnterpress.az