Talibandan xilas olan Kanadalı danışdı: Qızımızı öldürdülər, arvadıma təcavüz etdilərbackend

Talibandan xilas olan Kanadalı danışdı: Qızımızı öldürdülər, arvadıma təcavüz etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Talibana bağlı Hakkani təşkilatın əlində 5 il girov qaldıqdan sonra keçdiyimiz günlərdə azad edilən Kanadalı Coşua Boyla, həyat yoldaşı Caitlan Coleman və üç uşağıyla birlikdə gəldiyi Torontoda qısa bir bəyanat verib. Boyla, özünə edilən bir təklifi qəbul etmədiyi üçün təşkilatın \”kiçik qızlarını öldürdüyünü və arvadına təcavüz etdiyini\” iddia edib.

Boyla, xanımına təcavüz edən nəzarətçiyə adının Əbu Həcər olduğunu öyrəndiyi və ona Hakkani komandanın da yardım etdiyini deyib.
Boyla hər iki hadisənin 2014-də baş verdiyini deyib.

Kanada Xarici İşlər Nazirliyi, cütlüyün Kanadaya qayıdışını \”Boyla ailəsinin uzun müddətdir gözlənilən Kanadaya qayıdışından duyduğu sevincini bölüşürük\” sözləri ilə təbrik edərək ailənin məxfiliyinə hörmət göstərilməsini tələb edib. Xarici işlər Naziri Chrystia Freeland də Boylanın hər hansı bir istintaqın hədəfi olmadığını açıqlayıb.

İnterpress.az