Bərzaninin mobil telefon operatoruna silahlı hücum!backend

Bərzaninin mobil telefon operatoruna silahlı hücum!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraqın Babil vilayətində, İraq Kürd Regional Rəhbərliyin (İKBY) Başçısı Məsud Bərzaniyə aid \”Koreya Telekommunikasiya\” adlı mobil telefon operatoruna hücum təşkil olunduğu və 9 işçinin qaçırıldığı bildirildi.

Koreya Telekommunikasiya ofisindən verilən açıqlamada, \”Silahlı bir qrup dünən axşam saatlarında Babil şəhər mərkəzində Koreya Telekommunikasiya operator mərkəzinə hücum təşkil etdi. Hücumda operator mərkəzi tamamilə zədə görərkən, aralarında 2 mühəndisin də olduğu 9 işçi qaçırılıb\” – deyildi.

Açıqlamada, sözügedən hücumdan sonra Babilistan və ölkənin bir neçə cənub bölgəsində internet əlaqəsinin kəsildiyi qeyd edilib.

Ərbil mərkəzli Koreya Telekommunikasiya Bərzani ailəsinə aid olduğu bilinir.

İnterpress.az