İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Daily Maildə yer alan xəbərə görə, sualtı gəminin kapitanı Stuart Armstronq, gəmidə baş leytenant olan Rebecca Edwardsın ilə cinsi münasibət yaşayıb. Hadisə ilə bağlı istintaq açılarkən, ölkədə hərbi qanunlara görə eyni gəmidə yer alan şəxsi heyətin cinsi və məhəbbət əlaqəsi yaşaması qəti qadağandır. İstintaq çərçivəsində kapitan Stuart Armstronqun vəzifəsindən uzaqlaşdırıldığı qeyd edilərkən, istintaqın daha da böyük miqyaslı davam edəcəyi bildirilib.
İnterpress.az