İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraqda günlərdir ordunun əməliyyat təşkil edəcəyi iddia edilən və Kərkükdə gərginlik davam edən ərəfədə Süleymaniyənin Dokan məntəqəsində bir araya gələn İraq Kürdüstan Regional Hökumətinin rəhbəri Məsud Bərzani və İraq prezidenti Fuad Məsumun görüşünün nəticələri məlum oldu. Bərzaninin köməkçilərindən olan Həmin Havrami öz tvitter hesabında etdiyi açıqlmasında İraqın müzakirələrin ön şərti kimi qoyduğu “25 sentyabrdakı müstəqillik referendumunu qüvvəsiz hesab edin” maddəsini rədd etdiklərini bəyan etdi.
Havrami Bağdadla görüşlərin başlayacağı təqdirdə isə, bütün kürd partiyalarının ortaq qatılacağını və tək tərəfli görşmələrin ediməyəcəyini diqqətə çatdırdı.
İnterpress.az