İnterpress.az xəbər verir ki, bu bəyanatı Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim İn Ryön səsləndirib. Diplomat qeyd edib ki, regionda vəziyyət kritik həddə çatıb və bunun günahı Birləşmiş Ştatlardadır.
Kim İn Ryön deyib ki, dünyada heç bir ölkə bu dərəcədə ABŞ tərəfindən ekstremal və birbaşa nüvə təhdidi ilə üzləşməyib. Diplomat vurğulayıb ki, belə bir vəziyyətdə Pxenyanın özünü müdafiə üçün tam hüququ var.
İnterpress.az