Merkeldən Türkiyə açıqlaması: Ortaq məxrəcə gəlmək lazımdırbackend

Merkeldən Türkiyə açıqlaması: Ortaq məxrəcə gəlmək lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Baş Naziri Angela Merkel, Avstriyada seçkiləri qazanan Avstriya Xalq Partiyası Ümumi Başçısı Sebastyan Kurz ilə miqrasiya siyasətləri məsələsində böyük fikir ayrılıqlarına malik olmadığına inanığını bildirdi. Baş nazir Merkel, Berlində Aşağı Saksoniya Əyalətində keçirilən Əyalət Məclisi seçkilərində partiya rəhbərliyini qiymətləndirdikdən sonra, Aşağı Saksoniya Xristian Demokratik Birlik Partiyasının Vilayət Təşkilatının Sədri Bernd Althusmann ilə birgə mətbuat konfransı keçirib. Merkel iclasda Avstriyada keçirilən seçkilərə dair bəyanatlar da verib.
Gələcəkdə Kurz ilə miqrasiya siyasətində razılaşıb razılaşmayacağı şəklində suala Merkel “İnsanların öz ölkələrindən qaçmalarına səbəb olan amillərin aradan qaldırılması üçün mübarizə aparılması, Türkiyə ilə ortaq maxrəcə gəlinməsi lazımdır, bütün bu məsələlərin mübahisəli olmadığına inanıram” deyə cavab verib.

İnterpress.az