“Azərbaycan Krımın təsviri olan əsginası qəbul etməməlidir” — Vahid Əhmədovbackend

“Azərbaycan Krımın təsviri olan əsginası qəbul etməməlidir” — Vahid Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bununla əlaqədar Azərbaycanın Milli Məclisinin deputatı Vahid Əhmədov tələb edib ki, Azərbaycanın Mərkəzi Bankı Krımın təsviri olan Rusiya kupyuralarını qəbul etməsin.

“Ölkənin dövlət strukturları tərəfindən bu pulun qəbulu Ukrayna sərhədlərinin toxunulmazlığını tanıyan Bakının rəsmi mövqeyinə zidd olacaq”, – deyə V.Əhmədov bildirib.

Deputat hesab edir ki, Qarabağ münaqişəsi kimi problemə malik olduğumuzu nəzərə alaraq, başqa ölkələrin ərazi bütövlüyünə aid məsələlərdə ardıcıl olmaq lazımdır.

Şübhəli rəmzə malik yeni Rusiya əsginasından imtinanın nə qədər mümkün ola biləcəyini maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov izah edib.
“Texniki tərəfdən Azərbaycan bankları tərəfindən bu kupyuraların qəbulundan imtinanı həyata keçirmək sadədir. Mərkəzi Bankımızın hər hansı izahatlarsız Krımın təsviri olan kupyuraların ölkənin bütün bankları tərəfindən qəbul edilməməsi ilə bağlı qərar qəbul etməsi kifayətdir. Amma aydındır ki, bu qaydanı Ədliyyə Nazirliyində təsdiq etmək lazımdır”, – deyə ekspert vurğulayıb.

Eyni zamanda Ə.Həsənov hesab edir ki, məsələ ilə bağlı Kiyevin mövqeyini gözləmək məqsədəuyğun olardı.

Qeyd edək ki, Ukrayna Milli Bankı Ukrayna banklarına Rusiya Federasiyasının Krımın təsviri olan banknot və sikkələri ilə əməliyyat keçirmələrini qadağan edib.

İnterpress.az