İnterpress.az istinadla xəbər verir ki, qurultayda ölkənin yeni ali rəhbərliyinin seçilməsi və partiya nizamnaməsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Çin Kommunist Partiyasının qurultayı beş ildən bir keçirilir. Bu il qurultay 18-24 tarixlərində keçiriləcək. Oktyabrın 25-də 19-cu çağırış Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci plenumu keçiriləcək. Plenum Siyasi Büronun yeni tərkibini və Siyasi Büronun Daimi Komitəsinin tərkibini müəyyən edəcək.
Paytaxta ÇKP-nin 89 mln. üzvündən seçilmiş 2287 nümayəndə dəvət edilib.
İnterpress.az