İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliya Hava Qüvvələri səlahiyyətliləri, təşkilata aid Cessna 208 karavan tipli təyyarənin Novo Aero yaxınlığında qəzaya uğradığını açıqladı. Rəsmilər təyyarədəki bir İsveç vətəndaşının öldüyünü, 4 nəfərin yaralandığını bildirir.
Təyyarənin qəza səbəbi ilə bağlı hər hansı bir məlumat olmadığını bildirən şəxslər, bu məqsədlə Aviasiya Qəzalarını Qarşısını Almaq və Tədqiqat Vahidi qrupunun regiona göndərildiyi məlumatını bölüşdü.
İnterpress.az