Rayonun Məmmədli kəndində Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Məmmədov Canəli Sultanəli oğlu üzərinə benzin tökərək özünü yandırıb. C. Məmmədov aldığı yanıq xəsarətindən hadisə yerində ölüb.
S. Məmmədovun ruhi xəstə olduğu bildirilir. Məmmədli kənd bələdiyyəsi Pərviz Tağıyev APA-ya bildirib ki, mərhumun ailəsi Bərdə rayonun Qara Təpə kəndində məskunlaşıb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. ( apa )
İnterpress.az