İnterpress.az xəbər verir ki, turun son oyun günündə ölkəmizi qitənin bir nömrəli yarışında təmsil edən “Qarabağ” da meydana çıxacaq.
Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə İspaniyanın adlı-sanlı klublarından olan “Atletiko”nu qəbul edəcək.
İlk iki turda məğlub olan ağdamlılar Madrid təmsilçisi ilə oyunda layiqli müqavimət göstərməyə çalışacaq. İki turdan sonra aktivində bir xal olan Dieqo Simeonenin yetirmələri isə Bakıya 3 xal ardınca gəlib.
Çempionlar Liqası, C qrupu, III tur
18 oktyabr
20:00. “Qarabağ” (Azərbaycan) – “Atletiko” (Madrid, İspaniya)
Baş hakim: Ruddi Buke
Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano
Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö
Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)
Bakı Olimpiya Stadionu
İnterpress.az