Mərkəzi Bank büdcəyə 250 mln. manat köçürübbackend

Mərkəzi Bank büdcəyə 250 mln. manat köçürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə Nazirliyindən verilən məlumata görə, büdcə kəsiri 783,6 mln. manat təşkil edib.

Bu ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12,019 mlrd. manat proqnoza qarşı 12 mlrd. 45,1 mln. manat və ya 0,2% çox icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,942 mlrd. manat və ya 19,2% çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250 mln. manat vəsait Azərbaycan Mərkəzi Bankının sərbəst mənfəətindən transfert şəklində daxil olub.

İnterpress.az