Kaliforniyada hepatit A virusu epidemiyası : Ölü sayı 19 nəfərbackend

Kaliforniyada hepatit A virusu epidemiyası : Ölü sayı 19 nəfər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi şəxslər Kaliforniya qubernatoru Cerri Braunun fövqaladə vəziyyət elan etməsindən bir həftə sonra hepatit A virusundan 19 nəfərin öldüyünü açıqlayıblar. Əyalətdə ötən ilin noyabr ayından bəri 500-dən çox adama hepatit A virusunun yoluxduğu bildirilir. Braun həftə sonu hepatit A virusunun qarşısını almaq məqsədilə Los Anceles, San-Dieqo və Sanda Kruzda fövqəladə vəziyyət elan edib. San-Dieqoda keçən aydan bəri hepatit A ilə mübarizə çərçivəsində evsizlərin qaldığı küçələr başda olmaqla şəhərin bəzi hissələrinin mütəmadi olaraq xlorlu su ilə yuyulması qərara alınıb. Şəhərdə həmçinin bu səbəbə görə 19 min nəfərin peyvənd olunacağı bildirilir.

İnterpress.az