İnterpress.az musavat.com-a istinadən xəbər verir ki, tədbir oktyabr ayının 21-də, şənbə günü, saat 15.00-da Park Bulvardakı “Ali və Nino” mağazasında keçiriləcək. Eyni gündə müəllifin həm “Trampın və Sevincin Amerikası”, həm də “Xatirələrin işgəncəyə döndüyü yer” kitablarının imza günü baş tutacaq. Satış üçün ancaq “Xatirələrin işgəncəyə döndüyü yer” adlı kitab nəzərdə tutulub. 10 AZN məbləğində olan kitabı əldə edən oxuculara “Sevincin və Trampın Amerikası” kitabı hədiyyə olunacaq.
Beləcə, redaksiyaya və müəllifə müraciət edərək, kitabı əldə etmək istədiyini deyən oxucularımız üçün əlverişli bir fürsət yaranır. Gəlin, imza günündə müəllifin yanında olun və onun imzası ilə eyni vaxtda “Yeni Müsavat”ın iki kitabını əldə edin.
İnterpress.az