Burden erməni mədəniyyəti və mətbəxi haqqında 45 dəqiqəlik veriliş hazırlayıb. Veriliş 2018-ci ilin yazında təqdim ediləcək.
İnternetdə yayılan fotolardan məlum olur ki, ermənilər Şuşada çəkilən verilişdə Burdenə milli mətbəximizə aid olan xəngəli, qutabı öz adlarından təqdim ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, nazirlik faktla bağlı araşdırmalara başlayıb. Verilişin yayımdan qaldırmağın mümkün olub-olmadığına gəlincə nazirlik rəsmisi \”Azərbaycanın ABŞ-dakı səfirliyinin araşdırmalarının nəticəsindən asılı olaraq müvafiq addımlar atılacaq\”- deyə bəyan edib.
İnterpress.az