“Artıq heç kimin tutulduğunu görmək istəmirik”backend

“Artıq heç kimin tutulduğunu görmək istəmirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Nauert bildirib ki, ABŞ xarici işlər nazirinin köməkçisi Conatan Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə rəsmiləri arasındakı görüş müsbət məcrada keçib. Onun sözlərinə görə, ancaq ABŞ konsulluğundakı yerli işçilər hələ də sərbəst buraxılmayıb və onların terror təşkilatı ilə əlaqəli olmağına dair heç bir sübut təqdim olunmayıb:

“Bizə viza görüşündə əhəmiyyətli irəliləyişlərin olduğu bildirilib. Prioritet məsələləri nəzərə alaraq, normal viza prosesinə tez keçid etmək üçün danışıqlar aparıldığı deyilib. Bunlar yaxşı xəbərdir, müsbət addımdır. Birgə işçi qrupunun təşəbbüsləri davam edəcək”.

“Həmin şəxslər sərbəst buraxılsalar və ya sizə sübut təqdim olunsa, viza problemi həll olunacaqmı?” sualına Hezer belə cavab verib: “Suala asan cavab verə bilmirəm. Görüşlər, hadisələrin gedişatı ilə bağlı əvvəldən bir söz deyə bilmərəm. Artıq heç kimin tutulduğunu görmək istəmirik”.

İnterpress.az