Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin iclasında AŞPA-nın son sessiyası barədə danışarkən deyib.
S. Seyidov qeyd edib ki, Azərbaycan məsələsi yalnız sessiyada yox, komitələrdə və siyasi partiyalarda da müzakirə olunub: “Bunun haradan qaynaqlandığı, haradan ortaya çıxdığı bizim üçün hələ də sualdır. Bu gün Avropa Şurası daxilində elə tendensiya yaranıb ki, onlar hansısa ölkəni hədəf seçib, öz problemlərini həll edirlər”.
İnterpress.az