İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Obamanın 1980-ci illərdə yazdığı 30 səhifəlik məktublar 2014-cü ildən bəri Atlantadakı İmori Universitetinin arxivlərində saxlanılır. Məzmununun yeni açıqlandığı məktublar onun Kaliforniyadan Kolumbiyaya köçməsindən əvvəl yazdığı deyilir. 1983-cü ildə yazılan məktublardan birində bu ifadələr nəzərə çarpır: “Səni tez-tez düşünürəm, duyğularımın qarışıq olmasına baxmayaraq… Belə görünür ki, əldə edə bilməyəcəyimiz şeyi həmişə istəyəcəyik, bizi bir-birimizə bağlayan və ayrı salan da budur”.
İmori Universitetinin professoru Andra Qilispi məktubun onların münasibətlərinin bitdiyi ərəfədə yazıldığına görə çox da romantik olmadığını qeyd edir.
İnterpress.az