Vəkili İlqar Məmədova edilən təzyiqlərdən danışdıbackend

Vəkili İlqar Məmədova edilən təzyiqlərdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Modern.az-a F.Ağayev məlumat verib.

Vəkil müvəkkilinin sözlərini ictimaiyyətə çatdırıb:

“İlqar Məmmədov dedi ki, bugünkü tərzdə yoxlama ilə o, 2015-ci ilin oktyabrında da qarşılaşmışdı, sonra da onu müəssisənin vəzifəli şəxsləri döymüşdülər. O, bu gün baş verənləri xoşagəlməyən hərəkətlər sayır”.

F.Ağayev bildirib ki, daha ətraflı danışmağa zərurət görmür.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrlə əlaqədar həbs olunub. O, asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilinərək 7 il azadlıqdan məhrum edilib.

İnterpress.az