Dövlət Gömrük Komitəsindən İnterpress.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaja rentgen aparatıyla baxış zamanı monitorda \”beşbarmağ”ın təsvirləri görünüb. Bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajin içərisindəki şəxsi əşyaların arasında 2 ədəd \”beşbarmaq” aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az