İnterpress.az-ın məlumatına görə, M.Saakaşvili bu barədə “Facebook” səhifəsində yazıb.
“Dostum… David Makişvilini, habelə keçmiş mühafizəçimi və sürücümü (…) xüsusi reyslə, Ukrayna Milli Qvardiyanın təyyarəsi ilə Gürcüstana deportasiya ediblər”, – deyə M.Saakaşvili yazıb.
Bundan əvvəl M.Saakaşvili Kiyevdə onun sabiq mühafizə rəisi Georgi Rubaşvilinin silahlı şəxslər tərəfindən saxlanıldığını, habelə yaxın tərəfdarları Makişvili və Mixail Absianidzenin əlaqəyə çıxmadığını bildirmişdi.
İnterpress.az