İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, icazəsiz aksiya keçirdiyi üçün həbs edilən Navalnıya 20 gün həbs cəzası verilmişdi. İyun ayında isə müxalifət lideri eyni suçda ittiham edilərək 30 günlük azadlıqdan məhrum edilmişdi. Navalnı azadlığa çıxması barədə \”Instagram\” hesabında yazıb və öz şəklini paylaşıb.
Qeyd edək ki, Aleksey Navalnının həbsinin 7 oktyabrda 65 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putinə hədiyyə olduğu iddia edilirdi.
İnterpress.az