Çexiya: Milyarder Andrej Babis və onun partiyası parlament seçkilərində qələbə qazanıbbackend

Çexiya: Milyarder Andrej Babis və onun partiyası parlament seçkilərində qələbə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Populist milyarder namizəd Andrej Babis və onun rəhbərlik etdiyi partiya Çex Respublikasında keçirilmiş parlament seçkilərində qələbə qazanıb.
63 yaşlı Babis ölkənin ikinci zəngin adamı sayılır, seçkiqabağı kampaniyası çərçivəsində onun təbliğ etdiyi ideya və şüarlar ölkə daxilində mövcud hökümət təsisatları əleyhinə olmaqla yanaşı, xarici siyasətdə avroskeptiklər platformasına söykənib.
Andrej Babis-in mərkəzçi ANO hərəkatı səslərin 30 faizini toplayıb, bu rəqəm isə ikinci nəticə göstərmiş rəqib partiyanın topladığı səslərdən təxminən 3 dəfə çoxdur.
Səsvermədə iştirak edənlərin sayı seçicilərin ümumi sayının az qala 61 faizini təşkil edib.
Koalisiya yaradılmasına dair danışıqlar başa çatandan sonra Andrej Babis Çexiyada yeni hökümətə rəhbərlik edə bilər.
Milyarder \”hamını danışıqlara dəvət etdiyini\” bildirsə də, ifrat sağçılar, Kommunist və Aİ əleyhdarı olan Azadlıq və Birbaşa Demokratiya partiyaları ilə \”əməkdaşlıq etməyə\” hazır olmadığını vurğulayıb.
63 yaşlı Babis 4 milyard dollar dəyərində təxmin edilən sərvətni kimya, ərzaq və media sahələrində biznes fəaliyyəti nəticəsində toplayıb.
Onun adı bir sıra qalmaqallarda hallanıb, o cümlədən, Babis fırıldaqçılıqda və kommunist hakimiyyəti dövründə polis agenti olmaqda ittihamlanıb.
Andrej Babis, Çexiyanın avroya keçidinin tərəfdarı deyil, lakin ölkəsinin Avropa İttifaqında qalmasını istədiyini bildirib. Milyarder Reuters agentliyinə bildirib ki, \”miqrasiya probleminin həllini\” nəzərdə tutan təkliflərini Avropa Şurasına təqdim etmək niyyətindədir. (bbc)

İnterpress.az