Kataloniya: Puigdemont birbaşa idarəçilik planını qəbul etmirbackend

Kataloniya: Puigdemont birbaşa idarəçilik planını qəbul etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kataloniya prezidenti, Carles Puigdemont, bildirib ki, muxtariyyət Madridin birbaşa idarəçilik planını qəbul etməyəcək.
O, Madridin bu təşəbbüsünü 1939-1975 illərdə general Franco diktatorluğu dövründə muxtariyyətin ləğv olunması ilə müqayisə edib.
Puigdemont deyib ki, Madridin indiki hərəkəti Franco dövründən bəri Kataloniya institutlarına qarşı edilən hücumların ən pisidir.
İspaniyanın Baş naziri Mariano Rajoy-un planı Kataloniya liderlərinin idarəçilikdən kənarlaşdırılması və regional parlamentin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.
Kataloniyada müstəqillik referendumu oktyabrın 1-də keçirilib, baxmayaraq ki, İspaniya Konstitusiya Məhkəməsi referendumun keçirilməsini qadağan etmişdi.

Kataloniya: Puigdemont birbaşa idarəçilik planını qəbul etmir

Xəbərlərə görə, İspaniya Daxili İşlər Nazirliyi Kataloniya polisinə nəzarəti ələ almağa və Kataloniya polis rəhbərini vəzifəsindən kənarlaşdırmağa hazırlaşır.
Kataloniya polisinin rəhbəri Josep Lluís Trapero-ya qarşı artıq itaətsizlik ittihamı irəli sürülüb.
El País qəzetinin yazdığına görə, İspaniya höküməti eləcə də TV3 Kataloniya İctimai televiziyasını nəzarəti altına almağa hazırlaşır. (bbc)

İnterpress.az