Hadisə rayonda yerləşən \”Akkord-Tekstil\” fabrikində baş verib. Ümumi sahəsi 600 kvadrartmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb.
Hadisə yerinə FHN-in Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəsi, polkovnik-leytenant Sənan Mansurov xəsarətlər alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrini kəsib. ( report.az )
İnterpress.az