Apasport.az saytının məlumatına görə, alov ənənəyə uyğun olaraq Yunanıstandakı Olimp dağından götürülüb.
Tədbir yerli vaxtla saat 12:00-da başlayıb. Güclü yaxış altında keçən mərasimdə ali kahin məşəli alovlandırıb.
7 gün Yunanıstanda səyahətdə olacaq məşəl oktyabrın 31-də Afinadakı “Olimpiakos” stadionunda Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvlərinə təhvil veriləcək.
Qeyd edək ki, Olimpiada gələn il fevralın 9-25-də olacaq.
İnterpress.az