Almaniya prezidenti hökuməti istefaya yollayıbbackend

Almaniya prezidenti hökuməti istefaya yollayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Nazirlər Kabinetinin keçmiş üzvlərinə hökumətdəki uğurlu işlərinə görə təşəkkür edərək, onlara istefa məktublarını təqdim edib. Mərasim prezident iqamətgahında baş tutub.

Kanal “N24”-dün yaydığı məlumata görə, Valter Ştaynmayer kansler Angela Merkelə yeni kabinet qurulana qədər hökumət başçısının vəzifələrini yerinə yetirməyi xahiş edib.

Qeyd edək ki, hakim koalisiyanın formalaşması ilə bağlı danışıqlar oktyabrın 18-də başlayıb və Merkelin sözlərinə görə, bir neçə həftə davam edəcək. ( olke.az )

İnterpress.az